AZ

Yevlax və Mingəçevirdə vətəndaşlar təxliyə olunur - FOTO

İntensiv yağan yağışlar nəticəsində Yevlax və Mingəçevir şəhərlərində bəzi ərazilərin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar FHN-in Aran və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış ərazilərdə suçəkmə və digər təxirəsalınmaz tədbirlər, o cümlədən köməksiz vəziyyətdə qalan vətəndaşların təxliyə işləri həyata keçirilir.

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
14
olaylar.az

10Mənbələr