AZ

Kemeron: “Rusiyanı ən ağrılı yerindənvurun!”

Kemeron:

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Qərb tərəfdaşlarını Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb. O, Ukraynanın enerji sisteminə raket hücumlarına cavab olaraq Rusiya Federasiyasının ən ağrılı yerlərini vurmağı təklif edib.

Reyting.az
xəbər verir ki, Berlində Ukraynanın Yenidənqurulması Konfransında çıxış edən britaniyalı diplomat Rusiyaya münasibətdə çox sərt danışıb.

“Biz Rusiya neftinin axını dayandırdıq, lakin Avropada Rusiya qazını tamamilə kəsdiyimizə əmin olmaq vaxtıdır. Biz daha çox iş görməliyik”, - o qeyd edib.

Kemeron hesab edir ki, Qərb Rusiyanın ən ağrılı nöqtələrini sanksiyalarla vurmalıdır:

“Biz Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməliyik. Özümüzə sual verməliyik: Putin nədən qorxur? O, bizim karbohidrogenlərdən imtina edəcəyimizdən, Rusiyanın dondurulmuş dövlət aktivlərini ələ keçirəcəyimizdən qorxur. Və ümid edirəm ki, bu həftə G7 sammitində olacağıq, ən azı, dondurulmuş aktivlər üzrə faizlərdən Ukraynaya nəhəng kredit cəlb etmək üçün istifadə etməyə razılaşacağıq və pul Amerikada noyabr seçkilərindən xeyli əvvəl axmağa başlayacaq”, - deyə Kemeron əlavə edib.

O, həmçinin ətraf mühit də daxil olmaqla təhlükəli olan sığortasız gəmilərdən istifadə edən Rusiyanın kölgə donanmasını xatırladıb: “Mən bilmək istəyirəm ki, onlar hər dəfə neytral limana daxil olanda yoxlanılır, həbs edilir, Rusiya neftini daşımağa və bütün dünyaya satmağa icazə vermirlər. Dediyim kimi, biz bütün kartları saxlayırıq: ən güclü iqtisadiyyat, ən yaxşı ittifaqlar, təcrübə, bilik - biz bütün bunlardan istifadə etməliyik. Britaniya öz rolunu oynayacaq. Bu gün burada olan “Lloyds Insuranceın” Qara dəniz sığortası ilə bağlı yardım etməsi əladır”, - Kemeron bildirib.

ELÇİN
Seçilən
167
44
reyting.az

10Mənbələr