AZ

İran ABŞ və Fransanın ittihamlarını RƏDD ETDİ

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ABŞ və Fransa prezidentlərinin birgə bəyanatını pisləyib və Tehrana qarşı irəli sürülən iddiaların əsassız olduğunu söylələyərək, ittihamları rədd edib.

Oxu24.com xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi Teleqram kanalında dərc olunan bəyanatda deyilir.

Bəyanatda qeyd olunur: “Kənani anti-İran bəyanatını əsassız və siyasi məqsədlər güdən adlandırıb.
İslam Respublikasının regionda və dünyada sabitlik və təhlükəsizliyin bərqərar olması və möhkəmləndirilməsində, beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsində terrorçu qruplarla mübarizədə rolu danılmazdır".

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Co Baydenlə Yelisey sarayında danışıqlardan sonra keçirdiyi birgə mətbuat konfransında bildirmişdi ki, Paris və Vaşinqton İranın regionda sabitliyi pozmasına son qoymaq üçün ona təzyiq etmək niyyətindədir.

Mənbə: Bloomberg.com

Yeganə
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
50
oxu24.com

10Mənbələr