AZ

"Rusiya afrikalıları kütləvi şəkildə öz ordusuna cəlb edir" - "Bloomberg"

 
"Rusiyada olan afrikalılara vətənə deportasiya edilməklə Rusiya Silahlı Qüvvələrində yaxşı pul mükafatı müqabilində xidmət etmək arasında seçim etmək lazım gəlir..."
 
Rusiyalı məmurlar viza müddətlərinin uzadılmaması təhdidi ilə Rusiyada olan afrikalı tələbə və gənc fəhlələri Rusiya ordusu sıralarına daxil olmağa vadar edir. Onlar o cümlədən may ayında Rusiyanın Xarkov vilayətində başlanan hücumu zamanı döyüşə gedib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri Avropa İttifaqının anonim mənbələrinə istinadən yazıb.
 
Onlardan biri məlumat verib ki, afrikalılara vətənə deportasiya edilməklə Rusiya Silahlı Qüvvələrinində yaxşı pul mükafatı müqabilində xidmət etmək arasında seçim etmək lazım gəlir. Bəziləri orduya cəlb etməyə cavabdeh olan rusiyalı məmurlarını satın almaqla bu dilemmadan yan keçə bilib.
 
Bu məlumat Ukrayna kəşfiyyatının hesabatında öz təsdiqini tapıb. Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Rusiya ən azı 21 ölkədə, o cümlədən Afrikanın bəzi ölkələrində xarici muzdluları cəlbetmə kampaniyası aparır. Potensial namizədlərə müqavilə üzrə yüksək məvacib vəd edilir. 
 
Rusiyalılar həm də əvvəllər Rusiyada iş axtaran miqrantlar və xarici tələbələr mühitində iş aparır. Bəzi hallarda insanları aldadaraq orduya cəlb edir. Onlara yüksək məvacibli iş vəd edilir, Rusiyaya gələndə isə Silahlı Qüvvələrdə xidmət üçün müqavilə imzalamağa vadar edilir.
 
Bundan başqa, nəşr yüksək vəzifəli ukraynalı məmura istinadən bəyan edib ki, Rusiya ordusunun əsir götürüldüyü hərbi qulluqçuları arasında xaricilərin sayı artıb. Onun sözlərinə görə, onların arasında çoxlu afrikalılar və nepallılar var.
 
Bu il Katmandu Rusiya Silahlı Qüvvələri tərəfindən cəlb edilən 400 gənc nepallı barədə məlumat verib. Bu ölkənin vətəndaşları Rusiya ordusu ilə hökumətin xəbəri olmadan müqavilə bağlaya bilib.
 
Rusiya Silahlı Qüvvələrinə afrikalıların cəlb edilməsi barədə ilk məlumat ötən ildə üzə çıxıb. "Reuters" agentliyi məlumat verib ki, "Vaqner" özəl hərbi şirkəti Tanzaniya, Zambiya və Kot-d'İvuardan üç kişi ilə müqavilə bağlayıb.
 
Rusiya ordusundan öz itkilərini kompensasiya etmək üçün daima əlavə komplektləşdirmək tələb edilir. Lakin Putin ictimai dəstəyi itirməmək üçün səfərbərlik etməkdən yan keçir.
 
Hazırda Rusiyada Afrika ölkələrindən 35-37 min tələbə var. Bu barədə Rusiyanın MDB işləri üzrə Federal Agentliyinin rəhbəri Yevgeni Primakov danışıb:
 
"Hər il biz Afrikadan Rusiyada pulsuz təhsil üçün təxminən 6500 tələbə qəbul edirik", - o, bu barədə Peterburq Beynəlxalq İqtisadi Forumunda bəyan edib.
 
"Bloomberg" nəşri izahat üçün Rusiya XİN-ə müraciət edib. Lakin amerikalı jurnalistlərin sorğusuna cavab verilməyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
44
moderator.az

10Mənbələr