AZ

MOSKALKOVA PUTİNƏ MƏHBUSLARLA BAĞLI UKRAYNA İLƏ DİALOQ BARƏDƏ MƏLUMAT VERİB

Rusiyanın insan haqları üzrə müvəkkili Tatyana Moskalkova şəxsi görüş zamanı Rusiya prezidenti Vladimir Putinə hərbi əsirlərin problemi ilə bağlı Ukrayna ilə dialoqdan danışıb.

Moskalkova bildirib ki, Ukrayna Ombudsmanı Dmitri Lubinets ilə qarşılıqlı əsasda iki ölkənin 1,7 mindən çox hərbi əsirinə baş çəkiblər.

“Biz Ukrayna Ombudsmanı ilə dialoqu davam etdiririk, itkin düşənlərin siyahısını mübadilə edirik və yüzdən çox insanın taleyini müəyyən etməyə və onlara kömək etməyə nail olduq”, - Ombudsman bildirib.

O, aydınlaşdırıb ki, Ukrayna Ombudsmanı ilə razılığa əsasən, məhbuslara başçəkmə həyata keçirilir: Moskalkova Rusiyada olan ukraynalı məhbusların yanına, Ukrayna Ombudsmanı isə Ukraynada əsir götürülmüş rusların yanına gəlir.

E.ŞİRİNOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
44
tezadlar.az

10Mənbələr