AZ

İrandan külli miqdarda narkotik keçirilmək istədilər

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Olaylar.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində son günlərdə Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində ümumi çəkisi 42 kiloqram 970 qram narkotik vasitə marixuananın və 12 ədəd narkotik tərkibli güclü təsiredici Metadon M - 40 həblərinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
126
49
olaylar.az

10Mənbələr