AZ

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 42 kiloqram 970 qram narkotik vasitə marixuananın və 12 ədəd narkotik tərkibli güclü təsiredici Metadon M - 40 həblərinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
49
yenisabah.az

10Mənbələr