AZ

İRANDAN GƏTİRİLƏN KÜLLİ MİQDARDA NARKOTİK BAĞLAMALARI ƏLƏ KEÇİRİLDİ

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Tezadlar.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində son günlərdə Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində ümumi çəkisi 42 kiloqram 970 qram narkotik vasitə marixuananın və 12 ədəd narkotik tərkibli güclü təsiredici Metadon M - 40 həblərinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
49
tezadlar.az

10Mənbələr