AZ

Türkiyədə meşə yanğınları genişlənir



5 əyalətdə meşə yanğını
Çanaqqala, İstanbul, Muğla, Sinop və İzmirdə meşə yanğını baş verib. İstanbul və Muğlada yanğın nəzarət altına alınarkən, Çanaqqala, Sinop və Muğlada yanğınlara qrupların müdaxiləsi davam edir.
5 əyalətdə meşə yanğını
Çanaqqalanın Eceabat rayonunda meşəlik ərazidə baş verən yanğının söndürülməsi üçün işlər davam etdirilir.

Kumköy kəndi yaxınlığında naməlum səbəbdən meşə yanğını baş verib.

Xəbərdarlıq üzərinə Çanaqqala Meşə Regional Müdirliyi tərəfindən bölgəyə hava və quru nəqliyyat vasitələri göndərilib.

Havadan və qurudan müdaxiləyə başlayan qruplar yanğını söndürmək üçün işlərini davam etdirir.

5 əyalətdə meşə yanğını

muğla
Muğlanın Milas rayonunda baş verən meşə yanğınına havadan və qurudan müdaxilə edilir.

Dəmircilər Məhəlləsi Hayıtlı mövqeyində meşə sahəsində bilinməyən səbəbdən yanğın başlayıb.

Xəbərdarlıq üzərinə Muğla Meşə Regional Müdirliyinə aid hava və quru vasitələri bölgəyə sövq edilib.

Qruplar yanğını nəzarət altına almaq üçün işlərini davam etdirir.

5 əyalətdə meşə yanğını

Sinop
Sinopun Dikmen rayonunun Babalıoğlu və Yakuplu kəndləri sərhədində yerləşən şam bağında saat 11:00 radələrində yanğın baş verib. Çox sayda xilasetmə qrupu alovlara müdaxilə edib.

Yanğın böyüdükcə bölgəyə yanğınsöndürən helikopter də göndərilib. Komandalar yanğını söndürmək üçün həm havadan, həm də qurudan işlərini davam etdirir.

İzmir
İzmirin Narlıdere rayonundakı meşəlik ərazidə baş verən yanğın qrupların havadan və qurudan müdaxiləsi ilə nəzarətə götürülüb.

Narlıdere qəbiristanlığının üstündəki meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.

Bölgəyə 4 təyyarə, 2 helikopter, 25 su tankeri, 5 su təchizatı maşını və İzmir Meşə Regional Müdirliyinə bağlı 4 buldozer və yanğınsöndürmə briqadası göndərilib. Havadan və qurudan gələn qrupların müdaxiləsi ilə yanğın nəzarət altına alınıb.

Bir nəfər saxlanılıb
Yanğının qəbiristanlıqda abadlıq işləri aparılan zaman qaynaq aparatından çıxan qığılcımlar səbəbindən baş verdiyi iddia edilib.

Polis qaynaq işi ilə məşğul olduğu iddia edilən bir şəxsi saxlayıb.

İstanbul
Tuzla Piyada Məktəbi ərazisindəki meşəlik sahədə başlayan yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə söndürülüb.

Tuzla İstasyon mahalında, D-100 şosesinin yanındakı Tuzla Piyada Məktəbinin ərazisində naməlum səbəbdən yanğın baş verib.

Xəbər verildikdən sonra bölgəyə Tuzla, Pendik, Kartal və Maltəpədən xilasetmə briqadaları göndərilib.

Kol-kos və meşəlik ərazilərdə 4 hektar ərazini əhatə edən yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə söndürülüb.
Seçilən
151
27
newscenter.az

10Mənbələr