AZ

“TƏMİZ HÖVZƏLƏR” AKSİYASI ÇƏRÇİVƏSİNDƏ SİNTETİK TORLAR SU HÖVZƏLƏRİNDƏN YIĞIŞDIRILIB

  Qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə təşkil olunan “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti dəfə sintetik torların su hövzələrindən yığılması həyata keçirilib.


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Sumqayıt şəhəri və Xaçmaz rayonu akvatoriyasından ümumilikdə 1540 metr uzunluğunda 48 ədəd sintetik tor və xeyli sayda digər ov alətləri aşkar edilərək götürülüb.
Aksiya çərçivəsində  tədbirlər davam etdirilir. 
Ekologiya.az  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
7
referans.az

10Mənbələr