AZ

“Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti dəfə sintetik torların su hövzələrindən yığılması həyata keçirilib - FOTO

Qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə təşkil olunan “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti dəfə sintetik torların su hövzələrindən yığılması həyata keçirilib.


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasından və Mingəçevir su anbarından ümumilikdə 1060 metr uzunluğunda 24 ədəd sintetik tor və digər ov alətləri aşkar edilərək götürülüb.
Ekologiya.az bildirir ki, aksiya çərçivəsində tədbirlər davam etdirilir.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
7
ekologiya.az

10Mənbələr