AZ

“Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti dəfə sintetik torların su hövzələrindən yığılıb

Qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə təşkil olunan “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti dəfə sintetik torların su hövzələrindən yığılması həyata keçirilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Xaçmaz rayonunun inzibati ərazisindəki akvatoriyasından, Kür çayından və Mingəçevir su anbarından ümumilikdə 940 metr uzunluğunda 15 ədəd sintetik tor və digər ov alətləri aşkar edilərək götürülüb.
“Təmiz hövzələr” aksiyası çərçivəsində  tədbirlər davam etdirilir. Ekologiya.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
201
6
ekologiya.az

10Mənbələr