AZ

Şəhid qardaşı: "Gözümüz artıq yollardan yığıldı"

"Gözümüz artıq yollardan yığıldı".
Bunu Oxu.Az-a açıqlamasında Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 31 il sonra meyit qalıqları tapılmış Nazim Şirin oğlu Şirinovun qardaşı Bakir Şirinov deyib.
O, qardaşı ilə bağlı xatirələrini bölüşüb:
"Bugünümüzə şükür edirəm. 31 il sonra qardaşımın məzarına qovuşduq. Bütün döyüşlərdə iştirak edib. Şəhidlik elə zirvədir ki, hər kəsə qismət olmur. İki oğlu var. Qardaşım ikinci oğlunu görməyib. O itkin düşəndən 40 gün sonra ikinci övladı dünyaya gəldi. Hisslərimiz qarışıqdır. 31 il sonra bir şərəfdir. Artıq gözümüz yollardan yığıldı, ziyarət edəcəyimiz məzar olacaq".
Qeyd edək ki, o, 1993-cü il oktyabrın 23-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.
O, Tərtərdəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.
Nəzrin Vahid
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
48
oxu.az

10Mənbələr