AZ

32 il sonra kimliyi bilinən şəhid dəfn olundu

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 32 ildən sonra kimliyi müəyyən edilən şəhid Rövşən Məcid oğlu Əliyevin qalıqları Abşeronda torpağa tapşırılıb.

"Unikal" xəbər verir ki, şəhid Rövşən Məcid oğlu Əliyevlə Xırdalanda, ailəsin yaşadığı ünvanda vida mərasimi keçirilib.

Şəhidin qalıqları Xırdalan şəhidlər xiyabanında dəfn olunub.

Dəfndə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştrak ediblər.

Qeyd edək ki, Əliyev Rövşən Məcid oğlu Birinci Qarabağ müharibəsində Daşaltıda itkin düşmüş sayılırdı. O, Tərtərdə Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
48
unikal.az

10Mənbələr