AZ

Birinci Qarabağ müharibəsində şəhid olan Nazim Şirinov dəfn olunub

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 31 il sonra meyit qalıqları tapılmış Nazim Şirin oğlu Şirinov vida mərasimi başa çatıb.
Oxu.Az xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin nəşi Abşeron rayonu Mehdiabad qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, o, 1993-cü il oktyabrın 23-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.
O, Tərtərdəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.
Nəzrin Vahid
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
48
oxu.az

10Mənbələr