AZ

İnqilabçı keşiş bu gün Vanadzorda mitinq keçirəcək

Ermənistanda vəziyyət gərgin olaraq qalır. Son günlər erməni keşiş Baqrat Srbazanın rəhbərlik etdiyi "Vətən uğrunda Tavuş" hərəkatı ölkədə ardıcıl mitinqlər keçirir, polislərlə radikallar arasında toqquşmalar baş verir.

Bu gün Ermənistan mediası arxiyepiskopun növbəti böyük mitinq keçirəcəyini yazıb. "Zham" saytının yaydığı məlumata görə, iyunun 8-də Baqrat Srbazanın başçılığı ilə “Müqəddəs Hərəkat”ın tərəfdarları avtomobillə Vanadzora gedəcəklər. Bundan sonra orada saat 16:00-da mitinq keçiriləcək.

"Kortej saat 12:30-da Aştarak magistralının "Qırmızı Xaç" hissəsindən yola düşməyə başlayacaq",- nəşr yazıb.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
1
news365.az

2Mənbələr