AZ

Rusiya XİN: "Azərbaycanda baş konsulluqların yaradılması üçün danışıqlar aparırıq"

"Moskva və Bakı Rusiyanın Azərbaycanda baş konsulluqlarının yaradılmasını müzakirə edir, Rusiya Federasiyası bu məsələdə uğur qazanacağına ümid edir". Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində keçirilən "Rusiya - Azərbaycan" sessiyasında deyib.
 
"Qeyd etmək istərdim ki, Azərbaycanda baş konsulluqlarımızın yaradılması əlaqələrimizin mütərəqqi inkişafı, o cümlədən ticarət-iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanların axtarışına uyğun olardı. Azərbaycanlı dostlarla danışıqlar aparırıq və ümid edirik ki, uğur qazanacağıq", - deyə nazir müavini bildirib.
 
Qaluzin Rusiya-Azərbaycan münasibətlərinin hazırda çox yaxşı olduğunu vurğulayıb.
 
"Bu, 2022-ci ilin fevralında imzalanmış bəyannaməyə uyğun olaraq müttəfiqlərin qarşılıqlı fəaliyyəti və strateji tərəfdaşlıq münasibətləridir", - deyə o əlavə edib.
 
Rusiya XİN rəhbərinin müavini Azərbaycanda rus dilinin öyrənilməsi məsələsinə də diqqət çəkib.
 
"Dünən Vladimir Vladimiroviç Putin dedi ki, rus dilinin öyrənilməsi məsələlərində Azərbaycan Prezidentinin dəstəyini hiss edir, çünki bu, ikitərəfli münasibətlərin inkişafı üçün vacibdir. Biz bunu birlikdə edirik, biz burada yeni imkanlar tapırıq, bu məsələləri çox fəal şəkildə müzakirə edirik" – Qaluzin bəyan edib.
 
"Əminəm ki, biz bu yolla getsək, Rusiya-Azərbaycan münasibətlərinin ən uğurlu, etibarlı və praqmatik inkişafı liderlərimizin razılaşmalarına uyğun olaraq fəal şəkildə davam etdiriləcək", - deyə nazir müavini yekunlaşdırıb.
 
Qeyd edək ki, iyunun 5-dən 8-dək Rusiyada Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
44
moderator.az

10Mənbələr