AZ

İxtiyar Əkbərovun qalıqları Gəncədə dəfn olundu - FOTOLAR

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 31 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Əkbərov İxtiyar Huseyn  oğlunun qalıqları ailəsinə təhvil verilib

"Unikal" xəbər verir ki, şəhid  İxtiyar Əkbərovla Gəncə şəhərində yaşadığı evdə vida mərasimi keçirilib. Şəhidin qalıqları Gəncənin şəhidlər xiyabanında  dəfn olunub.

Dəfn mərasimində Şəhər  İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərliyi, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştrak edib. İxtiyar Əkbərov 1993-cü ildə  Ağdərə rayonunda gedən döyüşlərdə şəhid olub. Onun Tərtərdəki Şəhidlər Xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

Tural Əhmədov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
38
unikal.az

10Mənbələr