AZ

Məşhur serial 25 ildən sonra ekranlara qayıdacaq

"Dinozavrlarla gəzinti" elmi populyar serialı 25 ildən sonra ekranlara geri qayıdacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Layihə artıq istehsal mərhələsinə keçib. Onun premyerası 2025-ci ildə baş tutacaq. Serialın hər bölümündə qalıqları hazırda arxeoloqlar tərəfindən araşdırılan fərqli növ dinozavrdan bəhs ediləcək.

Mütəxəssislər qədim canlıların necə yaşadıqlarını, qidalandıqlarını, döyüşdüklərini və öldüklərini göstərmək üçün ən müasir vizual effektlərdən istifadə edəcəklər.

Film əvvəllər olduğu kimi BBC-nin sifarişi ilə hazırlanır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
4
milli.az

10Mənbələr