AZ

Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi Rasim Eldarov dəfn edildi

Füzuli rayonunun Bala Bəhmənli kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rasim Səfər oğlu Eldarovun meyitinin qalıqları Göyçay rayonuna gətirilib.
"Report"un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Göyçay rayonu Ulaşlı Şıxlı kəndində ailəsinə təhvil verilib. O, Göyçay rayonu Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Rasim Səfər oğlu Eldarov 1968-ci il iyulun 17-də anadan olub. O, 1993-cü avqustun 23-də Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
38
oxu.az

10Mənbələr