AZ

Zelenski Fransaya gedib

Ukrayna prezidenti Volodimir Zelenski iyunun 6-da Fransaya səfər edib.

Oxu24.com xəbər verir ki, Zelenski bu barədə Teleqram kanalında məlumat verib.

O, həyat yoldaşı ilə birlikdə Normandiyada müttəfiqlərin desantının 80 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcəklər.

Xatırladaq ki, bir gün əvvəl ABŞ prezidenti Co Bayden də həmin tədbirdə iştirak etmək üçün Fransaya uçmuşdu. 

Fransız siyasətçisi Florian Filippot ölkədəki müxalif siyasətçilərin Zelenskinin ölkəyə səfərinə, eləcə də Fransa prezidenti Emmanuel Makronla görüşünə qarşı çıxmalı olduqlarını bildirib. Onun fikrincə, müxalif siyasətçilər buna qarşı çıxış etməsələr, o zaman münaqişənin davam etdirilməsində və Fransanın bir dövlət kimi daha da məhv edilməsində iştirak edəcəklər.

Mənbə: Mk.ru

Yeganə

 

Seçilən
87
50
oxu24.com

10Mənbələr