AZ

“Sumı vilayətində vəziyyətə tam nəzarət edirik”-Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski X hesabında yazıb ki, Ukrayna qoşunları Sumı vilayətində vəziyyətə tam nəzarət edir.

Oxu24.com xəbər verir ki, onun sözlərinə görə, Rusiyanın təxribatçı qrupları əvvəlki kimi fəaldırlar, lakin onlar məhv edilir.

Zelenski qeyd edib ki, Rıjovka kəndində rus hərbçiləri təbliğat əməliyyatı keçirməyə cəhd ediblər: "Bu gün səhərə olan məlumata görə, Rusiya bayrağı məhv edilib, kənddə düşmən yoxdur”.

Dünən Çeçenistan rəhbəri Ramzan Kadırov bildirmişdi, rus hərbçiləri Kursk vilayəti ilə sərhəddə yerləşən Rijovka kəndini tutublar. O, müxtəlif kadrları olan 1,5 dəqiqəlik videonu da dərc etmişdi, sonunda hərbi geyimli bir nəfərin əlində Rusiya bayrağı, sonra isə bir neçə saniyə ərzində Rijovka kənd sovetinin pannosu görünür.

Yeganə


 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
50
oxu24.com

10Mənbələr