AZ

Zelenski Almaniyaya səfər edib

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyaya səfər edib.

Missiya.Az xəbər verir ki, bu barədə siyasətçi özünün “Teleqram” kanalında məlumat verib.

Bildirilir ki, Zelenski Ukraynanın Bərpası Konfransında iştirak etmək üçün Almaniyaya səfər edib. 

Qeyd olunub ki, Ukrayna lideri Berlində Almaniya kansleri Olaf Şolz və ölkənin bir sıra rəsmiləri ilə danışıqlar aparacaq.

"Rusiyanın hava terroru kontekstində Ukrayna enerjisi üçün təcili həllər bizim əsas prioritetimiz olacaq", - deyə Zelenski vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
50
missiya.az

10Mənbələr