AZ

SOCAR “Naxçıvan” strukturunun ehtiyatlarının qiymətləndirilməsini artırıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanın Xəzər şelfindəki “Naxçıvan” strukturunun ehtiyatlarının qiymətləndirilməsini artırıb.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Arzu Cavadova Bakı Enerji Forumunun II günündə deyib.

“Biz bu yaxınlarda “Naxçıvan” strukturunun ehtiyatlarını yenidən qiymətləndirdik. Müəyyən edilib ki, burada karbohidrogen ehtiyatları əvvəllər bəyan ediləndən iki-üç dəfə çoxdur”, – o vurğulayıb.

Qeyd edək ki, “Naxçıvan” strukturu Bakıdan 85 kilometr cənubda yerləşir, suyun dərinliyi bəzi yerlərdə 800 metrə çatır. Yatağın işlənməsinə sərmayələr 2 milyard ABŞ dolları həcmində qiymətləndirilib. Proqnozlaşdırılan ehtiyatlar 110 milyon ton neft və 85 milyard kubmetr qaz səviyyəsində qiymətləndirilir.

1997-ci il avqustun 1-də SOCAR ilə ABŞ-nin “ExxonMobil” şirkəti arasında perspektivli “Naxçıvan” strukturunun kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü (PSA) müqaviləsi imzalanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
30
banker.az

10Mənbələr