AZ

Vüqar Gülməmmədov: Dövlət borcunun ÜDM-ə nisbəti hədəf çərçivəsindədir

Təhlillər göstərir ki, büdə qaydasının digər göstərici olan dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti hədəf çərçivəsindədir.

“İki sahil” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2024-cü il dövlət büdcəsi icrası haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Büdcə layihəsində dövlət orqanları əsas fiskal riskləri şərh edib. Palatanın təhlilləri həmin fiskal risklərin 5 ayda mənfi təsirlərlə reallaşmadığını, dürüstləşmənin bəzi riskləri aradan qaldırdığını göstərir", - deyə o qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
1
ikisahil.az

10Mənbələr