AZ

Maliyyə naziri: "Yenilənmiş büdcədə gəlirlərin 51,1 %-i qeyri-neft-qaz sektorunun payına düşəcək" » AzadMedia.az


Azərbaycanın yenidən baxılan 2024-cü il dövlət büdcəsində gəlirlər üzrə proqnozun 48,9 %-i neft-qaz, 51,1 %-i isə qeyri-neft-qaz sektorunun payına düşəcək.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2024-cü il dövlət büdcəsi icrası haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Beləliklə, qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 0,8 faiz bəndi artırılıb.

"Yenilənmiş büdcədə Dövlət Neft Fondundan transfertin məbləği dəyişdirilməyib. Priroritet istiqamətlərdən Qarabağda və Şərqi Zəngəzurda tikinti, bərpa və yenidən qurma işləri üçün 1,4 milyard manat, müdafiə və təhlükəsizlik tədbirləri üçün 800 milyon manat, infrastruktur layihələri üçün isə 977 milyon manat nəzərdə tutulub. Büdcə xərclərinin 38,7 %-i əsaslı xərclər, 58 %-i cari xərclər, 3,3 %-i isə dövlət borcuna xidmət xərcləri olacaq", - deyə o qeyd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
3
azadmedia.az

10Mənbələr