AZ

Azərbaycanın hazır kərə yağı ehtiyatı 4 dəfədən çox azalıb

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 8 min 912,8 ton duru kərə yağı istehsal edilib.

FED.az bu barədə  Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir

Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 26  ton və ya 0,3% azalıb.

Ötən ilin yanvar-aprel aylarında 8 min 938,8 ton kərə yağı istehsal edilmişdi.

 2024-cü ilin may ayının 1-nə hazır məhsul istehsalı 31,8 ton təşkil edib.

Hazır məhsul ehtiyatı illik müqayisədə 109,4 ton, yəni 4,4 dəfə azalıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 141,2 ton olub, 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
2
fed.az

10Mənbələr