AZ

Bu il Gürcüstan limanları 3,4 milyon ton yük emal edib

2024-cü ilin birinci rübündə Gürcüstan limanları və terminalları 3,4 milyon ton yük emal edib.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bununla bağlı ölkənin statistika qurumu (Sakstat) məlumat yayıb.

 

Bildirilib ki, bu da ötən illə müqayisədə 8% azdır.

 

Ümumilikdə yanvar-mart aylarında Gürcüstanın liman və terminallarına 4041 gəmi gəlib. Gəmilərin 17,8%-i Panama, 16,6%-i Türkiyə, 9,7%-i Liberiya, 9,2%-i Rusiya bayrağı altında üzüb.

 

Hesabat dövründə Gürcüstan limanları 1,8 min sərnişinə xidmət göstərib ki, bu da ötən ilin göstəricilərindən 50,1% çoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
50
modern.az

10Mənbələr