AZ

Azərbaycanda duru bitki yağlarının istehsalı 22%-dən çox artıb

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 14 min 499,5 ton duru bitki yağı istehsal edilib.

FED.az bu barədə  Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir

Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 2 639  ton və ya 22,3% artıb.

Ötən ilin yanvar-aprel aylarında 11 min 860 ton duru bitki yağı istehsal edilmişdi.

 2024-cü ilin may ayının 1-nə hazır məhsul istehsalı 5 min 236,4 ton təşkil edib.

Hazır məhsul ehtiyatı illik müqayisədə 312,3 ton, yəni 5,6% azalıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 5 min  548,7 ton olub, 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
2
fed.az

10Mənbələr