AZ

Valideyn bağçaya qəbul üzrə qeydiyyatdan NARAZIDIR: Növbə silinib

Valideyn məktəbəqədər təhsil müəssisəsinə qeydiyyat prosesindən narazıdır.
Belə ki, Mirrəsul Cəfərov mayın 24-də övladını qeydiyyatdan keçirmək üçün növbə gözləyirmiş.
O bildirib ki, ötən ilin dekabr ayından qeydiyyata düşərək 11-ci sırada yer alıb. Bu yaxınlarda isə sistemdə yeri yeddinci sıranı göstərib və sonra növbə silinib.
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bilirilib ki, hər il may ayının sonunda sözügedən sistem müvəqqəti bağlanır:
"Uşaqlar qrupdan-qrupa keçdiyi üçün may ayında sistem müvəqqəti bağlanır ki, bu proses daha da şəffaf keçsin".
Daha ətraflı "ATV Xəbər"in süjetində:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
30
oxu.az

10Mənbələr