AZ

"Tornado" mühafizə şirkətindən uşaqlara fərqli töhfə

"Tornado" mühafizə şirkəti tərəfindən 1 iyun "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə yeniyetmələr üçün fərqli tədbir təşkil olunub.
Şirkət əməkdaşları "Təmiz dünya" qadın və uşaq sığınacağında bu dəfə sağlamlıq və özünümüdafiə mövzusunda məlumatlandırma təlimləri keçiriblər. Seminarda iştirakçılara bədən tərbiyəsi və idmanın insan sağlamlığında əhəmiyyəti, səhər gimnastikasının vacibliyi diqqətə çatdırılıb.
Daha sonra "Tornado" mühafizə şirkətinin peşəkar əməkdaşları tərəfindən fiziki müdafiə texnikaları, fövqəladə hallarda davranış qaydaları sərgilənib. Tədbirdə həmçinin internet oyunlarının ziyanı, istifadə zamanı gözlənilən təhlükələr və şəxsi məlumatların gizli saxlanılmasının vacibliyi barədə məlumat verilib.
Təlimlər çərçivəsində sığınacaqda müvəqqəti məskunlaşmış qadın və uşaqlar üçün psixoloq Vüsalə Əmirova tərəfindən psixoloji sağlamlıq mövzusunda sessiyalar keçirilib.
Tədbirin sonunda animatorlar və sehrbaz aktyorların iştirakı ilə uşaqlar üçün əyləncəli oyunlar təşkil olunub.
"Tornado" mühafizə şirkəti əməkdaşları tərəfindən Yasamal rayonu 225 nömrəli tam orta məktəbdə də təlimlər böyük maraq doğurub. Tədbirin sonunda məktəblilərə Azərbaycan və dünya ədəbiyyatına aid müxtəlif kitab nümunələri hədiyyə edilib.
"Tornado-Ş" mühafizə şirkəti yeniyetmələr arasında fiziki sağlamlığın və təhsilin təbliği istiqamətində tədbirləri davamlı olaraq həyata keçirməkdən qürur duyur, bu sahədə xüsusi qayğıya ehtiyacı olan körpələrə diqqət və qayğının artırılmasına çalışır.
Gününüz mübarək, əziz və sevimli, uşaqlar!
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
30
oxu.az

10Mənbələr