AZ

"ABŞ müharibədən sonra Qəzza bölgəsinin bərpasında yardım göstərəcək" - Sallivan

"Bu müharibənin dayandırılmasının ən yaxşı yolu bütün girovların qaytarılması və humanitar yardım axınıdır, yeni təklif də buna əsaslanır..."

 
İsrailin Qəzza bölgəsində atəşkəs və girovların azad edilməsi barədə ABŞ prezidentinin mayın 31-də məlumat verdiyi təklifinə HƏMAS-ın cavabı hələ də gözlənilir.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyan edib. Məlumatı "Reuters" agentliyi yayıb.
 
"Biz Qətər vasitəçilərindən HƏMAS-ın cavabını gözləyirik", - Sallivan deyib.
 
O, əlavə edib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Berns Qəzzada atəşkəslə bağlı təklif üzrə Qətər vasitəçiləri ilə məsləhətləşmələr aparmaq üçün Dohaya yollanacaq.
 
Ağ Evin yüksək vəzifəli nümayəndəsi etiraf edib ki, "HƏMAS, onun fikrincə, müharibənin, əzabların və zorakılığın davam etdirilməsinin daha yaxşı olması qərarını verə bilər".
 
"Bu, əxlaqsız və qəddar terror təşkilatı üçün o qədər də qeyri-adi deyil, lakin biz ümid edirik ki, sonucda onun rəhbərliyi görəcək ki, bu müharibənin dayandırılmasının ən yaxşı yolu bütün girovların qaytarılması, humanitar yardım axınıdır, yəni haqqında söhbət gedən təklifdir", - Sallivan vurğulayıb.
 
"Məsuliyyət HƏMAS-ın üzərindədir və ondan rəsmi cavab alanadək onun üzərində qalacaq", - Sallivan deyib.
 
Jurnalistlərin suallarını cavablandırarkən, o, onların birinin həm İsrailin, həm də HƏMAS-ın yeni təklifi rədd etməsi ilə bağlı fikirlərinə düzəliş edib.
 
"Mən Sizin İsrailin bu təklifi rədd etməsi ilə bağlı sözlərinizlə razı deyiləm", - Sallivan qeyd edib.
 
"Netanyahunun şəxsi müşaviri açıq şəkildə bəyan edib ki, İsrail bu təklifi qəbul edib. Onlar bu təklifi qəbul etdiklərini təsdiq edib, İsrail bunu əvvəllər də qəbul edib və bu gün də qəbul edir. Top HƏMAS tərəfindədir", - o, deyib.
 
Ceyk Sallivan həmçinin jurnalistlərlə ünsiyyəti zamanı belə fikir söyləyib ki, İsrail hökumətinə təkcə gücə stavka etmək deyil, Qəzza bölgəsi ilə bağlı hərtərəfli strategiya lazımdır.
 
Onun sözlərinə görə, İsrail tərəfindən aparılan "hərbi əməliyyat daha geniş strategiya ilə əlaqəli olmalıdır".
 
Sallivan bəyan edib ki, Birləşmiş Ştatlar Qəzza bölgəsinin bərpasında iştirak etməyə hazırdır. "Elə ərəb ölkələri və bütün dünya kimi biz buna hazırıq", - o, əlavə edib.
 
Bundan öncə məlumat verilib ki, HƏMAS nümayəndələri bəyan edib ki, İsrail hərbi əməliyyatların tamamilə dayandırılması və qoşunlarını Qəzza bölgəsindən çıxarmasına zəmanət verməyincə  girovların azar edilməsi barədə sövdələşmə baş tutmayacaq.
 
Bu arada isə İsrail hökumətinin hərbi kabineti ABŞ-dan HƏMAS tərəfindən atəşkəs sazişi pozularsa İsrail Müdafiə Ordusunun HƏMAS-a qarşı müharibəni davam etmək imkanının qalmasına zəmanət verilməsini tələb etmək qərarına gəlib.
 
Onun sözlərinə görə, bu qərar, ehtimal ki, Qəzza bölgəsində saxlanılan girovların azad edilməsi üzrə sazişə nail olmaq şanslarını azaldacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
34
moderator.az

10Mənbələr