AZ

"Vaşinqton İsrailin dünyada getdikcə artan təcridindən narahatdır" - Sallivan

"İsrail Netanyahu hökumətinin qəti əleyhinə çıxdığı iki dövlətin yaradılması qərarını dinc regional nizamlanmanın bir hissəsi kimi qəbul etməlidir..."
 
"Avropa İttifaqının üç ölkəsinin Fələstin dövlətinin tanınması qərarına cavab olaraq Fələstin Administrasiyasının maliyyəsinin kəsilməsi strateji cəhətdən doğru deyil..."
 
Vaşinqton İsrailin dünya meydanında getdikcə artan təcridindən narahatdır.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlər üçün brifinqdə bəyan edib.
 
"BMT kimi beynəlxalq forumlarda İsraili qətiyyətlə müdafiə edən ölkə kimi biz, heç şübhəsiz, o cümlədən əvvəllər İsrailə dəstək verən səslərin get-gedə başqa səmtə yönəldiyini müşahidə etməkdəyik. 
 
Bu, bizdə narahatlıq doğurur, çünki biz bunun İsrailin uzunmüddətli təhlükəsizliyi və həyatı qabiliyyətinə xidmət etdiyini düşünmürük", - o, deyib və bu məsələnin Yaxın Şərqə bu yaxınlarda səfəri zamanı İsrail hökuməti ilə müzakirə etdiyi barədə məlumat verib.
 
"Biz hesab edirik ki, HƏMAS üzərində qələbəyə, Qəzzanın mülki əhalisinin müdafiəsinə, humanitar yardımın artırılmasına strateji yanaşma, daha sonra regional inteqrasiyanın gerçəkləşməsi İsrailin vəziyyətini yaxşılaşdıracaq.
 
Məhz belə strategiya bütün dünya boyunca ölkələri özünə cəlb edə və uzun müddət ərzində İsrail üçün böyük güc mənbəyi olan bir çox tərəfdaşlıq və dostcasına münasibətləri canlandıra bilər", - Sallivan əlavə edib.
 
Eyni zamanda İsrail Netanyahu hökumətinin qəti şəkildə əleyhinə çıxdığı iki dövlət yaradılması barədə qərarının İsrailin mülayim ərəb dövlətləri ilə dinc inteqrasiyasına gətirib çıxaracaq regional nizamlanmanın bir hissəsi kimi qəbul etməlidir.
 
Lakin "The Guardian" nəşrinin məlumatına görə, Sallivan düyib ki, bu məqsədə prezident Baydenin bəyan etdiyi kimi, birtərəfıi tanımaqla deyil, yalnız İsrail ilə Fələstin arasında birbaşa danışıqlar yolu ilə nail olmaq mümkündür.
 
Buna baxmayaraq, Sallivan İsrailin Avropa İttufaqının üç ölkəsi-İrlandiya, İspaniya və Norveçin Fələstin dövlətinin tanınması qərarına cavab olaraq Fələstin Administrasiyasının maliyyəsini kəsmək qərarını tənqid edib:
 
"Düşünürəm ki, bu, strateji cəhətdən doğru deyil, çünki maliyyənin kəsilməsi İordan çayının Qərb sahilində sabitliyi pozacaq. Bu, Fələstin xalqının təhlükəsizliyi və çiçəklənməsi arzularını sarsıdır, bu da İsrailin maraqlarına uyğundur. 
 
Mən günahsız insanları əsas mallar və xidmətlərlə təmin edən vəsaitlərin kəsilməsini düzgün hesab etmirəm", - Sallivan virğulayıb.
Seçilən
199
34
moderator.az

10Mənbələr