AZ

"Ukrayna Silahlı Qüvvələri hücuma keçə biləcək" - Sallivan

 
"Son günlər və həftələr döyüş meydanına daxil olan silahın miqyası və sayı cəbhədə vəziyyətə təsir göstərib..."
 
ABŞ Ukraynaya yeni hərbi yardımı anons edib
 
ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyan edib ki, Birləşmiş Ştatlar yaxın həftələrdə Ukraynaya yeni hərbi yardım partiyası barədə elan edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə "comments.ua" nəşri məlumat yayıb.
 
"Düşünürəm ki, yaxın həftələrdə siz Ukraynaya yeni mühüm silah tədarükü barədə eşidəcəksiniz", - o, deyib.
 
Onun sözlərinə görə, Amerika yardımının ləngiməsi səbəbindən Ukrayna pis vəziyyətə düşüb.
 
Lakin bu gün Müdafiə Qüvvələri həlledici yerlərdə "müdafiə xətlərini" möhkəmləndirir və işğalçı qoşunların Xarkovdan şimala hücumunun qarşısını alır.
 
"Son günlər və həftələr döyüş meydanına daxil olan silahın miqyası və sayı cəbhədə vəziyyətə təsir göstərib", - o, deyib.
 
Sallivan əlavə edib ki, Vaşinqton ümid edir ki, nəticə etibarı ilə Ukrayna Silahlı Qüvvələri təkcə müdafiə olunmayacaq, həm də hücuma keçə biləcək.
 
Ukraynada müharibə - son xəbərlər
 
Bundan öncə ukraynalı komandir deyib ki, hazırda Rusiyanın işğalçı qüvvələri Xarkov vilayətinin Volçansk şəhərinin təxminən 20 faizinə nəzarət edir. Qəsbkarlar binalar və zirzəmilərdə qərarlaşır.
 
"DeepState"-in yazdığına görə, işğalçı qoşunlar Uqledar-Vodyanoye-Konstantinovka magistral yoluna çıxmaq cəhdlərindən əl çəkmir. 
 
Hücumlar bütün yol boyunca həyata keçirilir, zəif yerlər axtarılır, lakin onlar atəşlərlə üzləşir. Zamanla işğalçıların bir qədər irəliləməsi böyük itkilər hesabına başa gəlir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
34
moderator.az

10Mənbələr