AZ

Maddələr mübadiləsini sürətləndirən qarışım –Gecə yatmazdan öncə ayaqlarınıza çəkin və...

Sarımsaq və zeytun yağı ayrı-ayrılıqda sağlamlıq üçün çox böyük faydaları olan iki qidadır.

Medicina.az xəbər verir ki, onları birgə istifadə etdikdə isə təsir daha güclü olur.

Bu qarışım sürətli şəkildə qan təzyiqini aşağı salır və maddələr mübadiləsini inanılmaz dərəcədə sürətləndirir.

Mətbəxlərimizin əvəzolunmazı olan zeytun yağı təbiətin bizə bəxş etdiyi ən qiymətli nemətlərdən biridir. Ürək sağlamlığını qoruyur, xərçənglə mübarizə aparır, qaraciyəri təmizləyir və toksinləri çıxarır. Bu yolla ümumi sağlamlıq vəziyyətimizi də yaxşılaşdırır.

Sarımsaq da zeytun yağı kimi şəfa mənbəyidir. Güclü antioksidant olan sarımsaq immun sistemimizi gücləndirir və infeksiyalara qarşı mübarizə aparır.

Bu iki qidanın birləşdirilməsi ilə tətbiq edilən sarımsaq-zeytun yağı müalicəsi bir çox sağlamlıq problemlərinə şəfa olur.

5-6 diş sarımsağı əzin və məcun halına gətirin. Üzərini örtəcək qədər zeytun yağı əlavə edin. Qarışığı 1 saat soyuducuda və ya sərin və qaranlıq yerdə mühafizə edin. Bu qarışım gecə yatmazdan əvvəl ayaqlara tətbiq edilir. Daha sonra nazik corab geyinib yatmaq olar.

Müalicəni mütəmadi olaraq tətbiq etməklə ümumi sağlamlığınızı dəstəkləyə, özünüzü bir çox xəstəliklərdən qoruya və həyat keyfiyyətinizi yaxşılaşdıra bilərsiniz.

Müsbət təsirləri:

- Qan təzyiqini tarazlaşdırır.
- Maddələr mübadiləsini sürətləndirir.
- Sümük və oynaq ağrılarına yaxşı təsir edir.
- Qan dövranını artırır.
- İmmunitet sistemini gücləndirir.
- Ayağın yanmasını və ağrısını aradan qaldırır.

Unutmayın: təbii üsullara həmişə alternativ müalicə üsulu kimi baxmaq lazımdır və bu, tibbi müalicəni əvəz etməməlidir. Səhhətinizdə hər hansı problem varsa, həkimə müraciət etmək və onun tövsiyələrinə əməl etmək vacibdir.


Aysel

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
8
medicina.az

7Mənbələr