AZ

Ayaqdakı qaşıntı və göbələklərdən BELƏ XİLAS OLUN

Ayaqda göbələk xəstəliyi (tinea pedis) çox yayılmış bir dəri infeksiyasıdır. Bu xəstəlik əsasən "Trichophyton" adlı göbələk növləri tərəfindən törədilir. 

Qlobal.net ayaqda göbələk xəstəliyi haqqında ətraflı məlumatı təqdim edir:

Xəstəliyin simptomları:

Qaşınma və yanma hissi: Xəstəliyin ilkin mərhələlərində qaşınma və yanma hissi yaranır.

Dəri qızarması və qabıqlanması: İnfeksiyalı dəri qızarır və qabıqlanır.

Qabarcıqlar və yaralar: Qabarcıqların yaranması və sonradan partlaması nəticəsində yaralar əmələ gələ bilər.

Dərinin çatlaması və soyulması: Xüsusilə barmaqlar arasında və ayaq altlarında çatlamalar və soyulmalar ola bilər.

Pis qoxu: Göbələk infeksiyası nəticəsində ayaqlarda pis qoxu yaranır.

Xəstəliyin yaranması üçün risk faktorları: 

Nəmli və isti mühitlər: Ayaqların uzun müddət nəmli və isti qalması (məsələn, qapalı ayaqqabı geymək) göbələk infeksiyasına yol açır.

İctimai yerlər: Hamam, hovuz və idman zalı kimi yerlərdə yalın ayaqla gəzmək.

İmmunitet zəifliyi: İmmunitet sistemi zəif olan insanlar göbələk infeksiyasına daha meyillidir.

Ayaqların düzgün qurudulmaması: Ayaqları yuduqdan sonra tam qurudulmaması göbələk infeksiyası riskini artırır.

Xəstəliyin müalicəsində xüsusi kremlər və spreylər və pudralardan, ağır hallarda həkim tərəfindən təyin edilən antifungal dərmanlar istifadə oluna bilər.

Ayaqların daim təmiz və quru saxlanması infeksiyanın qarşısını almaq üçün vacibdir. Ayaqqabı və corabların tez-tez dəyişdirilməsi və dezinfeksiya edilməsi vacibdir.

Xəstəliyin qarşısını almaq üçün ayaqlar yuyulduqdan sonra yaxşıca qurulanmalıdır. Ayaqların hava almasına imkan verən ayaqqabı və corablar geyinmək lazımdır. Hamam, hovuz və idman zalı kimi ictimai yerlərdə şəxsi tərliklərdən istifadə olunmalıdır. Şəxsi dəsmallardan istifadə etmək və onları tez-tez yumaq vacibdir.

Əgər ayaqda göbələk infeksiyası əlamətləri müşahidə olunursa, bir dermatoloqa müraciət etmək ən doğru addım olacaq. Erkən müalicə infeksiyanın yayılmasının və ağırlaşmasının qarşısını almaq üçün vacibdir.

Ayaqlardakı göbələklərdən xilas olmaq üçün sınanmış sadə üsullar və təbii vasitələri də ni təqdim edir. də tətbiq oluna bilər.

Çiy kartof

Kartofu nazik plastin kimi kəsib, zədəli hissəyə qoyub, üzərindən plastırla bərkidin. 30-40 dəqiqə saxlanılır. 1 ay müalicə kursu olmalıdır.

Palıd qabığı dəmləməsindən vanna

200 qram palıd qabığı (aptekdə satılır) 1 lirt soyuq suya əlavə olunaraq, qazanda 15 dəqiqə qaynadılır. Sonra soyudulur. Ayaqlar bu məhlulda vanna olunur. Vannadan sonra ayaqlar təmiz qurulanır.

Yod

Gündə 2 dəfə göbələklə zədələnmiş dırnağa 1 damcı yod damızdırın. 2-3 həftə müalicə olunur. Yod göbələyi məhv etmək üzrə ən ucuz üsuldur.

Çay ağacı yağı

Bu yağ göbələk, qaşınma əleyhinədir. Bu yağdan əldə edib, dırnaqlara çəkin. Çay ağacı antibakterial təsir edir.

Soğan və sarımsaq suyu

Ayaqlarınızdan soğan-sarımsaq iyi gəlsə də bu qədim metodu sınayın. Soğan-sarımsaqda olan iltihab əleyhinə maddələr ordusu göbələyə qısa müddətdə qalıb gələcək. Yarım ədəd soğan və 5 diş sarımsağın şirəsini sıxıb, barmaqlara çəkin və ya tənzifi isladıb kompress qoyun.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
8
qlobal.net

7Mənbələr