AZ

​Mourinyonun “Fənərbaxça”dan ilk istəyi bu oldu

“Fənərbaxça” ilə müqavilə imzalayan Joze Mourinyo klub rəhbərliyinə hələlik heç bir futbolçunu göndərməməyi tapşırıb.

Redaktor.az xəbər verir ki, Mourinyo bütün futbolçuların qalmasını istəyib. Məlumata görə, Mourinyo bu barədə “Fənərbaxça”nın idman direktoru Branko ilə danışıb."Fənərbaxça"nın matçlarını izləyən Joze Mourinyo Branko ilə görüşlərində "Heç kimi satmayın, hər kəsi komandada görmək istəyirəm” deyə bildirib. “Fənərbaxça” rəhbərliyi də astronomik təkliflər gəlməyəcəyi təqdirdə futbolçuları satmayacağını bildirib.

Qeyd edək ki, Joze Mourinyo “Fənərbaxça” ilə müqavilə imzalayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
41
redaktor.az

10Mənbələr