AZ

Mourinyonun “Fənərbaxça”dan ilk istəyi bu oldu

"Fənərbağça" ilə müqavilə imzalayan Joze Mourinyo klub rəhbərliyinə hələlik heç bir futbolçunu göndərməməyi tapşırıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Mourinyo bütün futbolçuların qalmasını istəyib. Məlumata görə, Mourinyo bu barədə "Fənərbaxça"nın idman direktoru Branko ilə danışıb."Fənərbağça"nın matçlarını izləyən Joze Mourinyo Branko ilə görüşlərində "Heç kimi satmayın, hər kəsi komandada görmək istəyirəm" deyə bildirib. "Fənərbağça" rəhbərliyi də astronomik təkliflər gəlməyəcəyi təqdirdə futbolçuları satmayacağını bildirib.

Qeyd edək ki, Joze Mourinyo "Fənərbağça" ilə müqavilə imzalayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Seçilən
124
41
milli.az

10Mənbələr