AZ

Mourinyonun “Fənərbaxça”dan ilk istəyi bu oldu

"Fənərbağça" ilə müqavilə imzalayan Joze Mourinyo klub rəhbərliyinə hələlik heç bir futbolçunu göndərməməyi tapşırıb.

Bakıvaxtı.az xəbər verir ki, Mourinyo bütün futbolçuların qalmasını istəyib. Məlumata görə, Mourinyo bu barədə "Fənərbaxça"nın idman direktoru Branko ilə danışıb."Fənərbağça"nın matçlarını izləyən Joze Mourinyo Branko ilə görüşlərində "Heç kimi satmayın, hər kəsi komandada görmək istəyirəm" deyə bildirib. "Fənərbağça" rəhbərliyi də astronomik təkliflər gəlməyəcəyi təqdirdə futbolçuları satmayacağını bildirib.

Qeyd edək ki, Joze Mourinyo "Fənərbağça" ilə müqavilə imzalayıb./metbuat.az

Seçilən
107
41
bakivaxti.az

10Mənbələr