Yazını böyüt
Yazını kiçilt
Bu gün Azərbaycan kubokunda 2023/2024 mövsümünün final oyunu keçirilib.
Hafta.az xəbər verir ki, həlledici görüşdə cari mövsümdə Misli Premyer Liqasının qalibi olan "Qarabağ" çempionatın 2-cisi "Zirə" ilə qarşılaşıb.
Oyun Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Qurban Qurbanovun komandası "qızıl dubl" edib.
Azərbaycan kuboku, final
"Qarabağ" - "Zirə" - 2:1
Qollar: Olavio Juninyo, 42 (1:0), İsmayıl İbrahimli, 57 (1:1), Abdullah Zubir, 62 (2:1)
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Müslüm Əliyev, Kamal Umudlu
"Liv Bona Dea Arena"