AZ

"Qarabağ" Azərbaycan Kubokunun qalibi oldu - YENİLƏNİB - FOTOlar 

Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.

Referans.az report.az-a istinadən xəbər verir ki, həlledici final matçında "Qarabağ" və "Zirə" komandaları üz-üzə gəliblər.

"Liv Bona Dea Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi bitib - 2:1.

"Köhlən atlar"ın heyətində 42-ci dəqiqədə Olavio Juninyo, 62-ci dəqiqədə Abdullah Zubir fərqlənib. "Zirə"də İsmayıl İbrahimli 57-ci dəqiqədə adını tabloya yazdırıb.

Beləliklə, "Qarabağ" səkkizinci dəfə ölkə kubokunda qızıl medallara sahib çıxıb.

Cari mövsüm Azərbaycan Premyer Liqasının da qalibi olan komanda mövsümü "qızıl dubl"la başa vurub.

------
​21:38

Azərbaycan Kubokunun "Qarabağ" - "Zirə" komandaları arasındakı final qarşılaşmasında hesab bərabərləşib.

Referans.az xəbər verir ki, "Liv Bona Dea Arena"da keçirilən matçın 57-ci dəqiqəsində İsmayıl İbrahimli rəqibi cəzalandırıb. Ağdam təmsilçisinin qolunu isə birinci hissənin 42-ci dəqiqəsində Olavio Juninyo vurub.

Matçda ikinci hissə davam edir.

------
20:15

Azərbaycan Kubokunun finalında keçiriləcək "Qarabağ" - "Zirə" oyunu üçün heyətlər bəlli olub.

Referans.az xəbər verir ki, komandalar meydana aşağıda qeyd olunan "11-lik"də çıxacaqlar.

"Qarabağ": 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.

"Zirə": 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 5. Stefan Aka, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli.

Qeyd edək ki, görüş 20:00-da start götürüb.

Olavio Juninyo 42-ci dəqiqədə fərqlənir.

***

İlk hissə başa çatdı- "Qarabağ"-1: "Zirə"-0

***

İkinci hissə başladı.  



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
21
referans.az

10Mənbələr