AZ

Futbol"Qarabağ" Azərbaycan Kubokunun qalibi olub

Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.

"Far.Az"un məlumatına görə, həlledici final matçında "Qarabağ" və "Zirə" komandaları üz-üzə gəliblər.

“Liv Bona Dea Arena”dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi bitib - 2:1.

"Köhlən atlar"ın heyətində 42-ci dəqiqədə Olavio Juninyo, 62-ci dəqiqədə Abdullah Zubir fərqlənib. "Zirə"də İsmayıl İbrahimli 57-ci dəqiqədə adını tabloya yazdırıb.

Beləliklə, "Qarabağ" səkkizinci dəfə ölkə kubokunda qızıl medallara sahib çıxıb.

Cari mövsüm Azərbaycan Premyer Liqasının da qalibi olan komanda mövsümü "qızıl dubl”la başa vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
21
far.az

10Mənbələr