AZ

Azərbaycanın Mərakeşdəki səfirliyi xeyriyyə tədbiri keçirib

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyinin təşkilatçılığı və Mərakeş Skaut Təşkilatının dəstəyi ilə Rabat şəhərində uşaqlar üçün xeyriyyə tədbiri keçirilib.

Səfirlikdən "Tehsil.biz"ə bildirilib ki, tədbirin əvvəlində çıxışlar edilib, uşaqların ünvanına təbriklər səsləndirilib. Sonra vizual təqdimat vasitəsilə uşaqlara ölkəmiz haqqında ətraflı məlumat verilib.

Daha sonra uşaqlar üçün əyləncəli rəqs proqramı təşkil edilib və yemək süfrəsi açılıb. Sonda uşaqlara hədiyyələr təqdim olunub.

Bayram tədbirində 50-dən artıq mərakeşli uşaq iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
10
tehsil.biz

10Mənbələr