AZ

Azərbaycanın Mərakeşdəki səfirliyi xeyriyyə tədbiri keçirib

Azərbaycanın

Bakı, 2 iyun, AZƏRTAC

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyinin təşkilatçılığı və Mərakeş Skaut Təşkilatının dəstəyi ilə Rabat şəhərində uşaqlar üçün xeyriyyə tədbiri keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirin əvvəlində çıxışlar edilib, uşaqların ünvanına təbriklər səsləndirilib. Sonra vizual təqdimat vasitəsilə uşaqlara ölkəmiz haqqında ətraflı məlumat verilib.

Daha sonra uşaqlar üçün əyləncəli rəqs proqramı təşkil edilib və yemək süfrəsi açılıb. Sonda uşaqlara hədiyyələr təqdim olunub.

Bayram tədbirində 50-dən artıq mərakeşli uşaq iştirak edib.

Seçilən
142
10
azertag.az

10Mənbələr