AZ

Xarici siyasətAzərbaycanın Mərakeşdəki səfirliyi xeyriyyə tədbiri keçirib

İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinin təşkilatçılığı və Mərakeş Skaut Təşkilatının dəstəyi ilə Rabat şəhərində uşaqlar üçün xeyriyyə tədbiri keçirilib.

“Report” xəbər verir ki, tədbirin ilk hissəsində çıxışlar edilib, uşaqların ünvanına təbriklər səsləndirilib.

Sonra uşaqlara vizual təqdimat vasitəsilə uşaqlara ölkəmiz haqqında ətraflı məlumat verilib.

Bayram tədbirində 50-dən artıq mərakeşkli uşaq iştirak edib.

Daha sonra uşaqlar üçün əyləncəli rəqs proqramı təşkil edilib və yemək süfrəsi açılıb. Sonda uşaqlara hədiyyələr təqdim olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
10
far.az

10Mənbələr