AZ

Trampın seçki kampaniyasına REKORD ianələr axdı 

Donald Trampa qarşı cinayət ittihamı irəli sürüldükdən sonrakı 24 saat ərzində onun seçki komandası 52,8 milyon dollar ianə toplayıb.

Musavat.com “Financial Times”a istinadən xəbər verir ki, bununla da seçki qərargahı pul toplama rekordlarını qıra bilib.

Kampaniya cümə axşamı hökmündən sonra daxil olan kiçik dollar ianələrini vurğulasa da, bir neçə varlı donor da işin yekunlaşmasından sonra dəstəklərini açıqlayıb.

“Sequoia” vençur kapitalı firmasının ortağı Sean Magure məhkəmə qərarından sonra Trampın seçki kampaniyasına 300 000 dollar bağışladığını açıqlayıb. Keçmiş ABŞ konqresmeni, Nyu-Yorkdan olan respublikaçı Lee Zeldin də hökmdən sonra “X” səhifəsində Tramp üçün 800 min dollarlıq ianə ayırdığını bildirib.

Nəşrin məlumatına görə, hökm elan edildikdən sonra keçirilən sorğuda Donald Trampın populyarlığında ümumi azalma aşkar edilməyib və qeyd olunub ki, keçmiş prezidentin həbsə göndərilməsini dəstəkləyənlər azdır.

Tramp seçki qərargahı “WinRed” ianə platformasında toplanan 35 milyon dolların ən fəal günündə alınan məbləğdən də təxminən iki dəfə çox olduğunu açıqlayıb. Qeyd olunur ki, axın o qədər böyük olub ki, portalın fəaliyyətində problemlər yaşanıb.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
7
musavat.com

8Mənbələr