AZ

Bayden Ukrayna ilə bağlı konfransda iştirak etməyəcək

ABŞ prezidenti Co Bayden seçki kampaniyası üçün vəsait toplama tədbiri ilə əlaqədar Ukrayna üzrə sülh konfransında iştirak edə bilməyəcək.  "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. 

“Bayden, ehtimal ki, gələn ay Ukrayna sammitində olmayacaq, çünki bu, onun kampaniya proqramı ilə ziddiyyət təşkil edir. o, Corc Kluni, Culiya Roberts və digərləri ilə  birlikdə Kaliforniyada keçirilən ianə aksiyasına qatılacaq”, - deyə nəşr yazır.

Material müəllifləri qeyd edirlər ki, Bayden noyabr seçkiləri ərəfəsində ABŞ-ın keçmiş prezidenti Donald Trampla əsas ştatlarda keçirilən sorğularda fəal iştrak etməyə  çalışacaq. 

Havar Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
7
yeniazerbaycan.com

10Mənbələr