AZ

Bayden sülhü yox, pulu seçdi - Sammitə getməyəcək

ABŞ prezidenti Co Bayden seçki kampaniyası üçün vəsait toplama tədbiri ilə əlaqədar iyunun 15-dən 16-dək Ukrayna ilə bağlı keçiriləcək konfransda iştirak edə bilməyəcək.

Bu barədə "Bloomberg" məlumat yayıb.

“Bayden çox güman ki, gələn ay Ukrayna sammitini buraxacaq, çünki bu, onun seçki kampaniyası proqramı ilə ziddiyyət təşkil edir. O, Corc Kluni, Culiya Roberts və digər ulduzlarla birlikdə Kaliforniyada keçirilən ianə aksiyasına qatılacaq”, – məlumatda qeyd olunur.

Materialın müəllifləri bildirirlər ki, Bayden noyabr seçkiləri ərəfəsində ABŞ-ın keçmiş prezidenti Donald Trampın əsas ştatlarda keçirilən sorğularda liderliyini üstələməyə çalışaraq “təşviqat rejiminə daha fəal keçməyə” başlayır.  /publika.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
7
referans.az

8Mənbələr