AZ

Bakıda ağır qəza olub, üç nəfər ölüb

Bakıda ağır qəza olub, üç nəfər ölüb

Ölkə

 17:07 01.06.2024

  

 235

Bu gün səhər saatlarında paytaxtın Xəzər rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Demedia.az-a verilən xəbərə görə, “Hundai Matrix” markalı, 10-CY-785 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ayxan Rəsulov idarəetməni itirərək əks istiqamətli hərəkət zolağına çıxıb və hərəkətdə olan “Hyundai Santafe” markalı, 77-HF-038 dövlət qeydiyyat nişanlı və “Daewoo” markalı, 99-MB-211 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşub.

Qəza nəticəsində “Hundai Matrix” markalı avtomobilin sürücüsü A.Rəsulov, avtomobildə olan sərnişini İftixar İskəndərov və “Hundai Santafe” markalı avtomobilin sürücüsü Fərid Hüseynov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər.

Hazırda faktla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
184
50
demedia.az

10Mənbələr