AZ

Dağıstanda toy kortejində qəza olub, üç nəfər ölüb

Dağıstanın Babayurt rayonunda baş verən yol qəzası nəticəsində 3 nəfər ölüb, daha bir nəfər yaralanıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, toy kortejində hərəkət edən "Lada Granta" markalı avtomobil qarşıdan gələn digər nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində 3 nəfər - "Lada Granta"nın sürücüsü və onun iki sərnişini hadisə yerində dünyasını dəyişiblər. Daha bir sərnişin Babayurt rayon mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
148
8
milli.az

10Mənbələr